Rusiyanın beynəlxalq ehtiyatları sentyabrda əvvəlki ayla müqayisədə 25 milyard dollar azalaraq 540 milyard dollara düşüb.
"Fins.az" xəbər verir ki, Rusiya Mərkəzi Bankının açıqladığı məlumatlara görə, ölkənin beynəlxalq ehtiyatları 2022-ci il oktyabrın 1-nə sentyabrın 1-i ilə müqayisədə 4,4 faiz azalaraq 565 milyard dollardan 540 milyard dollara düşüb.
Beynəlxalq ehtiyatlar valyuta, pul, BVF-nin ehtiyat mövqeyi, qızıl və Rusiya Mərkəzi Bankı və Rusiya hökuməti tərəfindən idarə olunan digər ehtiyat aktivlərindən ibarətdir.
Qərb ölkələri Ukraynadakı müharibə səbəbindən Rusiya Mərkəzi Bankının ehtiyatlarının təxminən yarısına çıxışı dondurmuşdu.Rusiya Mərkəzi Bankı sözügedən addıma qarşı hüquqi prosedurlara başlayacaqlarını açıqlayıb.
Müəllif:Aynur Qəniyeva