ABŞ-ın maliyyə naziri Janet Yellen Dünya Bankı kimi çoxtərəfli inkişaf banklarını biznes modellərini yeniləməyə çağırıb.
"Fins.az" xəbər verir ki,Yellen Qlobal İnkişaf Mərkəzində etdiyi çıxışda qlobal iqtisadiyyatın üzləşdiyi əsas çağırışları və inkişafa baxışını dəyərləndirib.
Bir çox inkişaf etmiş iqtisadiyyatların çox yüksək inflyasiya ilə üzləşdiyini ifadə edən Yellen, bəzi böyük iqtisadiyyatların enerji qaynaqlarında qeyri-müəyyənlik səbəbiylə daha çox təzyiqlə üzləşdiyini və bu fərqli çətinliklərin fərqli siyasət yanaşmaları tələb etdiyini bildirib.
Müəllif: Aynur Qəniyeva