BANK

07 Oktyabr

Peru faiz dərəcələrini 20 ilin ən yüksək səviyyəsinə qaldırır

Peru Mərkəzi Bankı siyasət faizini 25 bənd artıraraq 7%-ə çatdırıb.

"Fins.az" xəbər verir ki, sonuncu faiz artımı ilə ölkədə faiz dərəcələri son 20 ilin ən yüksək səviyyəsinə yüksəldi.
Məlumata görə, Peru bu yaxınlarda aqressiv faiz dərəcələrini artırmağa qərar verən mərkəzi banklara qoşuldu.

Peru Mərkəzi Bankı siyasət faizini 25 bənd artıraraq 7%-ə çatdırıb. Bloomberg sorğusunda iştirak edən iqtisadçıların da gözləntisi bu idi.

Son faiz artımı ilə ölkədə siyasət faizi son 20 ilin ən yüksək səviyyəsinə çatıb. Eyni zamanda, son artımla, sərtləşdirmə prosesi 15-ci ayına qədər artdı. Bu sərtləşdirmə prosesi ilə Peru dünyada ən uzunmüddətli sərtləşdirməyə imza atan ölkələrdən biri oldu.

Peru Mərkəzi Bankının qərar mətnində bankın inflyasiya dinamikasına həssas olduğu mesajı verilib və inflyasiyanın hədəf diapazonuna gətirilməsi üçün lazım olan hər bir addımın atılacağı qeyd edilib.

Keçən ay ölkədə inflyasiya Peru Mərkəzi Bankının 2%-lik hədəfini dörd dəfə artıraraq 8,5% təşkil edib.