04 Noyabr 2022-ci il tarixində "Azər-Türk Bank" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Fins.az" xəbər verir ki, yığıncağın gündəliyi ictimaiyyətə açıqlanmır.
Yığıncaq Bankın baş ofisində keçiriləcək.
Qeyd edək ki, "Azər-Türk Bank" ASC-nin səhmdarları Azərbaycan Respublikası (75%), “Ziraat Bank” (12.4%), “AzRe Reinsurance” (6.5%), “Qala Həyat” (5%) və “Ziraat Bank International”dır(1.1%).