BANK

05 Oktyabr

Mərkəzi Bankın notları üzrə hərracın reqlamentinə dəyişiklik edilib-AÇIQLAMA

Bugün Bakı Fond Birjası Azərbaycan Respublikası Mərkəzi Bankın notları üzrə hərracın reqlamentinə dəyişiklik edib. 

Belə ki, yeni hərrac qaydalarına əsasən əgər əvvəl bir bankın hərracda rəqabətli sifarişinin həcmi emissiyanın ümumi həcmi qədər ola bilirdisə, artıq banklar tərəfindən təqdim edilən rəqabətli sifarişin maksimal həcmi ümumi emissiyanın 20% çox ola bilməz.Qeyri rəqabətli sifarişin max həcmi isə həmişə olduğu kimi rəqabətli sifarişin 20%-dən çox ola bilməz. 

Bakı Fond Birjasının "Fins.az" a açıqlamasında bildirilir ki, Mərkəzi Bank notlar üzrə hərrac şərtləri barədə  maliyyə bazarlarında monetar siyasəti həyata keçirən orqan kimi birjaya tapşırıq verir. birja həmin şərtlərə uğun olaraq hərracı təşkil edir. Mərkəzi Bank sifarişlərin qəbulu ilə bağlı şərtləri müəyyən qədər dəyişib.Dəyişikliyə əsasən hərracda 1 bank maksimum 20%-dan artıq sifariş yerləşdirə bilməz. 

Azərbaycan Mərkəzi Bankından Mərkəzi Bankın notları üzrə hərracın reqlamentinə edilən  dəyişikliyin Mərkəzi Bankın İdarə Heyətinin cari ilin avqust ayında qəbul etdiyi müvafiq qərarlarla 01.09.2022-ci il tarixindən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılması uyğun olaraq edildiyi bildirilib. 

Qeyd edək ki, Mərkəzi Bankın notları üzrə hərracın reqlamentinə edilən dəyişiklik bankların likvidliyinin bərabər bölüşdürülməsi baxımından uğurlu qərar hesab oluna bilər.  

Müəllif:Aynur Qəniyeva