İngiltərə hökumətinin vergi endirimi planından imtina etməsi ilə funt ötən həftə yenidən bahalaşsa da, Standard Chartered və Royal Bank of Canada pul siyasəti səhvləri səbəbindən valyutanın ilin sonuna qədər 10 faiz ucuzlaşacağını gözlədiklərini bildiriblər.
"Fins.az" xəbər verir ki, Böyük Britaniyanın maliyyə naziri Kvasi Kvartenq ölkəsinin borcunu azaltmaq planını irəli sürməklə bazarlarda inam yaratmağa ümid edir. Mövzuya yaxın mənbələrə əsaslanan Financial Times-ın xəbərinə görə, daha əvvəl orta müddətli maliyyə planını noyabrın 23-də açıqlamağı planlaşdıran Kvartenq bu açıqlamanı oktyabrda etməyə qərar verib.
Digər tərəfdən, kabinetinin bir çox üzvündən əldə edilən məlumata görə, İngiltərə Baş naziri Liz Truss partiyası daxilindəki mövqeyi zədələndiyi üçün gündəmindəki addımlara dəstək almaqda çətinlik çəkə bilər.
Bununla belə, Mühafizəkarlar Partiyasının Birmingemdə keçirilən illik konfransı çərçivəsində çıxış edən nazirlər Trussın təxminən iki ildən sonra keçiriləcək növbəti seçkiyə qədər vəzifəsində qalacağını təxmin ediblər, çünki yeni liderə real şans vermək üçün kifayət qədər vaxt yox idi. .
Sterlinq keçən həftə Britaniya hökuməti vergilərin azaldılması planından geri çəkildiyi üçün yenidən yüksəlmişdi. Sterlinq/dollar sentyabrın 26-da 1.0350 ilə tarixinin ən aşağı səviyyəsinə düşüb, daha sonra yüzdə 10 ətrafında artım qeydə alıb.
Bununla belə, Standard Chartered Plc və Royal Bank of Canada siyasət səhvlərinə işarə edərək, sterlinqin cari səviyyələrdən ilin sonuna qədər əlavə 10 faiz azalacağını proqnozlaşdırıblar. Nomura Holdings Inc. və Morgan Stanley, Bloomberg-in tərtib etdiyi məlumatlara görə, cütlüyün eyni dövrdə azalacağını proqnozlaşdıranlar arasındadır.