BANK

03 Oktyabr

Ərdoğan: Biz inflyasiya probleminin öhdəsindən gələcəyik

Prezident Rəcəb Tayyib Ərdoğan, İştirak Maliyyə Strategiyası Sənədinin Tanıtım Toplantısındakı çıxışında inflyasiya ilə bağlı “Ümid edirəm ki, qlobal hadisələrin təsiri ilə bir müddətdir hiss olunan inflyasiya problemini aşaraq Türkiyə Əsrini quracağıq,"-deyə qeyd edib.

"Fins.az" xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Dolmabahçe Ofisində keçirilən İştirakçı Maliyyə Strategiyası Sənədinin Təqdimat Yığıncağında çıxış edib.

Ərdoğan bildirib ki, epidemiya və müharibənin səbəb olduğu enerji və əmtəə qiymətlərinin artması ilə dərinləşən qlobal iqtisadi böhran, başda inkişaf etmiş ölkələr olmaqla bütün iqtisadiyyatları dərindən təsir edən bir dövr yaşayır.

Qlobal böhranın səngimədiyi son illərdə Türkiyənin uzun müddətdir yaşadığı siyasi və iqtisadi çətinliklərdən əldə etdiyi təcrübə ilə digər ölkələrdən fərqləndiyini deyən Ərdoğan, "Açığını deyim ki, kimsə son 8-9 ildə Türkiyəni idarəolunmaz etmək üçün sui-qəsddən dövlət çevrilişinə qədər hər cür cəhd edib. Bu məkrli hücumların son zərbəsi iqtisadiyyatımıza dəydi, amma gözlənilməz bir vəziyyət yarandı. Bizə qurulan tələlər bizi daha da gücləndirdi.Digər tərəfdən dünyada baş verən gözlənilməz böhranlar bu tələləri quranların bütün zəif tərəflərini bizə göstərdi",-deyə bildirib.

Müəllif:Aynur Qəniyeva