2022-ci ilin oktyabr ayının 3-dən başlayaraq öncədən açıqlanan qrafik əsasında davamlı olaraq Mərkəzi Bankın 1, 3, 6, 9 aylıq qısamüddətli notlarının yerləşdirilməsi və zərurət yarandıqda 1 həftəlik REPO və əks-REPO əməliyyatları üzrə hərracların təşkili nəzərdə tutulur.
"Fins.az"xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqində növbəti mərhələ Mərkəzi Bank tərəfindən müxtəlif çeşid və müddətlərdə açıq bazar əməliyyatlarının aparılmasıdır.
Bu məqsədlə 2022-ci ilin oktyabr ayının 3-dən başlayaraq öncədən açıqlanan qrafik əsasında davamlı olaraq Mərkəzi Bankın 1, 3, 6, 9 aylıq qısamüddətli notlarının yerləşdirilməsi və zərurət yarandıqda 1 həftəlik REPO və əks-REPO əməliyyatları üzrə hərracların təşkili nəzərdə tutulur.
Bildirilir ki, qrafik üzrə həftədə 4 hərrac olmaqla 1 və 3 aylıq not hərracları həftənin çərşənbə günü, 6 və 9 aylıq not hərracları isə cümə axşamı günü saat 11:00-11:30 intervalında keçiriləcəkdir. Not hərracları sabit həcmli bazar faizləri əsasında həyata keçiriləcəkdir. Notlarla aparılan əməliyyatlar həm təminatlı, həm də təminatsız banklararası pul bazarlarında faizlərin effektiv idarə edilməsinə imkan verəcək və qısamüddətli gəlirlilik əyrisinin formalaşmasını dəstəkləyəcək.
Müəllif:Aynur Qəniyeva