BANK

30 Sentyabr

Banklar arasında 679 mln manatlıq 59 əqd-MƏRKƏZİ BANKDAN AÇIQLAMA

Cari ilin sentyabr ayında “Blumberq” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında 679 mln. manat məbləğində 59 ədəd əqd bağlanıb

"Fins.az"xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə bu əqdlərin 97%-i qısa müddətlidir (1-3 günlük). Banklararası REPO bazarında isə 48 mln. manatlıq 21 əqd baş tutmuşdur ki, bunun da 52%-i 1 həftəlik (5-9 günlük) müddətədir.

Müəllif:Aynur Qəniyeva