BANK

30 Sentyabr

Ərdoğan: Valyuta əməliyyatlarındakı problemləri alternativ üsullarla həll etdik

Prezident Rəcəb Tayyib Ərdoğan ölkəyə yönəlik məzənnə əməliyyatlarının yaratdığı problemləri alternativ üsullarla həll etdiklərini bildirib.

"Fins.az" xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Transformasiya və Yeni Paradiqmalar Sammitində çıxış edib

Ərdoğan çıxışında bildirib ki, ölkəmiz üçün ssenarilərin son səhnəsi iqtisadi böhran üzərində qurulub.Təbii ki, bu prosesdə aldığımız yaralar da var. Məzənnə əməliyyatlarının yaratdığı problemləri alternativ üsullarla həll etdik.

Bizim nisbətən yüksək inflyasiya tempimiz bəziləri üçün sürpriz ola bilər. Halbuki biz inflyasiyanı onları daha da təəccübləndirəcək dərəcədə aşağı salmaq imkanına malik olan ölkəyik. Keçmişdə belə olmuşduq, sonra onu atdıq.

Biz məşğulluğu tariximizdə ən yüksək səviyyəyə qaldırarkən, inflyasiyanın yaratdığı rifah itkilərini kompensasiya etmək üçün də hər cür tədbirlər görürük.