BANK

30 Sentyabr

Avrozonada inflyasiya rekord həddə yüksəlib

Avro Bölgəsində inflyasiyanın ikirəqəmli tarixi yüksəlişi də AMB-nin aqressiv faiz dərəcələrini artırmağa davam edəcəyinə dair gözləntiləri gücləndirdi.

Eurostatın məlumatına görə, sentyabrda inflyasiya 9,1 %-dən 10 %-ə yüksələrək rekord qırıb. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta hesablamasını 9,7% təşkil edib.

İnflyasiya aylıq 1,2% artarkən, gözləmə 0,9% olub.

Ərzaq və enerji qiymətləri inflyasiyaya ən böyük töhfəni verərkən, qiymət artımlarının geniş yayıldığı müşahidə edilmişdir. Ərzaq və enerji qiymətlərini nəzərə almayan əsas inflyasiya illik müqayisədə artmağa davam edərək 4,3 faizdən 4,8 faizə yüksələrək bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Gözlənti 4,7 faiz idi.

ECB-nin növbəti iclasında faiz dərəcələrini 75 əsas bənd artırmağa davam edəcəyi gözlənilir. Son 2 görüşdə bank faiz dərəcələrini cəmi 125 baza bəndi  artırmışdı.