BANK

30 Sentyabr

Yaponiya Mərkəzi Bankından istiqraz alışı ilə bağlı YENİ QƏRAR

Yaponiya Bankı (BOJ) qlobal bazarlardakı dalğalanmalara görə istiqraz gəlirlərinin yüksəldiyi bir mühitdə müntəzəm istiqraz alışlarını artırıb.

"Fins.az" xəbər verir ki, bankın oktyabr-dekabr aylarında alışlarını daha da artıracağı gözlənilir.

Yaponiya Bankı (BOJ) qlobal bazarlardakı qeyri-sabitliyə görə gəlirlilik üzrə yuxarı təzyiqi azaltmaq üçün müntəzəm aktiv alışlarını artırıb.

Bank 5-10 illik Yaponiya dövlət istiqrazlarının alışını 500 milyard yendən 550 milyard yenaya (3,8 milyard dollar) artırıb. 3-5 il və 10-25 il ödəmə müddəti olan istiqraz alışlarını dəyişməyib.

Monetar sərtləşdirmənin qlobal artıma zərbə vuracağından narahat olan Yaponiya da digər Asiya ölkələri kimi addımlarını sürətləndirir. Yaponiyada, Yaponiya Bankının digər ölkələrlə istiqraz boşluğunu daraltmaq üçün həddindən artıq sərbəst pul siyasəti mövqeyini dəyişdirə biləcəyi gözləntiləri istiqrazlara təzyiq yaradır.

Bankın istiqraz alışlarını sürətləndirməsi oktyabr-dekabr dövrü üçün alışların da artırıla biləcəyi gözləntilərini artırıb.

10 illik istiqraz faizi bu həftənin əvvəlində 0,25% ilə bankın təyin etdiyi səviyyənin yuxarı həddinə yüksəlib.