BANK

30 Sentyabr

Azərbaycanda əcnəbilərin bank kartları ilə xərcləmələri 1,5 mlrd. manata çatıb

Bu ilin yanvar-avqust aylarında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 1,5 mlrd. manat təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artıb.
Bu ilin avqust ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 214,6 mln. manatlıq əməliyyatlar aparıblar.