İpoteka Kredit Zəmanət Fondunun Elektro sistemində fondun fəaliyyət istiqamətləri üzrə 90 min elektron kabinet yaradılıb.
"Fins.az" xəbər verir ki, bugünədək elektron sistem vasitəsilə 6,5 milyard manat məbləğində ümumi müraciət qəbul olunub.
Məlumata görə Elektron sistem vasitəsilə 2,28 milyard manat məbləğində 40 mindən çox vətəndaşa ipoteka krediti verilmişdir. Hazırda elektron sistem vasitəsilə rəsmiləşdirilib, 36,5 min həyat, 33,1 min əmlak sığorta müqaviləsi mövcuddur.
Həmçinin qeyd olunub ki,Elektron sistem vasitəsilə 2463 ədəd kirayə müqaviləsi rəsmiləşdirilib.
Bildirilib ki, Elektron sistem vasitəsilə sahibkarlıq kreditlərinə 320,7 mln. manat həcmində zəmanətli kredit verilib.
Müəllif:Aynur Qəniyeva