Hazırda "Samsung Pay"-dən bizə müraciət daxil olmayıb.
Bunu "Fins.az"-a açıqlamasında Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib.
O "Apple Pay"-ölkəni ödəniş sistemləri bazarına daxil olmasından sonra qlibal bazarda onun rəqibi olan "Samsung Pay"-in də Azərbaycan bazarına daxil olması perspektivinə aydınlıq gətirərək bilirib ki, düzünü desək bu barədə bizdə informasiya yoxdur.Bilirsiniz ki,biz qabaqcıl təşkilatları dəvət edirik onların bazara daxil olmasında əlaqələndirici və dəstəkləyici rolda çıxış edirik.
Fərid Osmanov sözügedən qlobal ödənoş sisteminin Azərbaycan bazarına daxil olmaqda maraqlı olub olmamasına toxunaraq ""Samsung Pay " onların biznes və strateji maraqları baxımından ölkəyə gələ bilər və ya gəlməyə bilər. Bu " Samsung Pay"-in strateji baxışından asılıdır. Hazırda "Samsung Pay"-dən bizə müraciət daxil olmayıb."-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva