BANK

30 Sentyabr

PAŞA Bank-ın Pasha Pay-lə birgə layihəsi barədə bank rəhbərliyindən AÇIQLAMA

"Pasha Pay"-in  pul kisələri üzərindən bizim POS terminallar vasitəsilə ödənişlərin qəbulu ilə bağlı texniki layihənin üzərində işləyirik. 

Bunu "Fins.az"-a açıqlamasında "PAŞA Bank"-ın İdarə  Heyətinin üzvü Cəlal Orucov deyib.

O bildirib ki, bizim bazarda ən geniş POS terminal şəbəkəniz var. "Pasha Pay"-in  pul kisələri üzərindən bizim POS terminallar vasitəsilə ödənişlərin qəbulu ilə bağlı texniki layihənin üzərində işləyirik. Artıq Pasha Pay ilə ilkin müqavilələr də bağlanılıb.

Cəlal Orucov layihənin hansı mərhələdə olmasını açıqlayaraq " Hazırda "Pasha Pay"-in tam şəkildə bazara çıxıb "ödəniş sistemi"kimi fəaliyyətə başlamasının gözləyirik,"-deyə qeyd edib.

Müəllif:Aynur Qəniyeva