BANK

30 Sentyabr

Cəlal Orucov: İstənilən maliyyə startapı ilə əməkdaşlığa hazırıq

"Paşa Holdinq " səviyyəsində daxili startapların inkişafı ilə bağlı ayrıca bir proqram var.
Bunu "Fins.az"-a açıqlamasında "PAŞA Bank"-ın İdarə Heyətinin üzvü Cəlal Orucov deyib.
O bildirib ki, oradan da bankın biznesinə uyğun olaraq startaplar çıxanda həmin startaplarla əməkdaşlığa başlayacağıq. Bu layihəyə yeni başlanılıb hələ bankın profilinə uyğun startap yoxdur. Daha çox maliyyə sektorundan kənar startaplardır.
Cəlal Orucov  rəhbərlərindən biri olduğu bankın startaplarla əməkdaşlıq şərtlərinə aydınlıq gətirərək "Ancaq nəticə etibarı ilə istənilən maliyyə startapı ilə əməkdaşlığa hazırıq.Bizim bazarda niyyətimiz odur ki,startaplar üçün bank xidmətlərinin maliyyə bazarına çıxışını təmin etmək üçün şərait yaradaq,"-deyə əlavə edib.
 
Müəllif:Aynur Qəniyeva