Hazırda bir startapa Smile Pay-ə maliyyə dəstəyi veririk.
Bunu "Fins.az"-a açıqlamasında PAŞA Bank-ın İdarə Heyətinin üzvü Cəlal Orucov deyib.
O bildirib ki, Smile Pay hələ pilot mərhələsindədir. Bank Smile Pay-in bankın cari biznesinə nə dərəcədə cavab verməsi ilə bağlı müşahidələr aparır.
Cəlal Orucov PAŞA Bank-ın startaplara maliyyə dəstəyi göstərməsi ilə bağlı perspektivlər barədə açıqlama verərək "Bizim üçün bu faktiki ilk təcrübəmiz idi.Hazırda bu təcrübənin nəticələrinə baxırıq.Uğurlu nəticələr əldə edilsə bazardan bu formatda olan digər startapları da cəlb edib əməkdaşlığa başlayacağıq,"-deyə əlavə edib.
Müəllif:Aynur Qəniyeva