Hazırda E-pul,Port manat, Emanat, Paşa Pay, Azercell-in ödəniş sistemləri ilə bağlı layihəsi və bu kimi bir çox fintex layihələri ilə PAŞA Bank olaraq əməkdaşlıq edirik.
Bunu PAŞA Bankın İdarə Heyətinin üzvü Cəlal Orucov “Fins.az”-a açıqlamasında deyib
O bildirib ki, bazarda demək olar ki, bizim əməkdaşlıq etmədiyimiz layihə çox azdır. Biz istənilən startapla əməkdaşlığa açığıq. Bizə əməkdaşlıq etmək üçün müraciət edən elə bir startap yoxdur ki, biz əməkdaşlıqdan imtina edək.
Cəlal Orucov bankın startapların maliyyələşməsindəki roluna toxunaraq “Startaplar demək olar ki, ilk növbədə bizim qapımızı döyür. Müraciət edən startapın biznes xüsusiyyətlərindən aslı olaraq biz qərar veririk. Bu günə qədər demək olar ki, heç kimə yox deməmişik,”- deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva