BANK

29 Sentyabr

Xüsusi Tənzimləmə rejiminə qoşulan startap və fintexlərə  Mərkəzi Bank  dəstək və istiqamət verəcək

Ödəniş xidmətləri və Ödəniş sistemləri haqqında qanun"-na  Xüsusi Tənzimləmə rejimi ilə bağlı fəaliyyət daxil edilib.Bu özündə onu ehtiva edir ki, maliyyə bazarlarına daxil olmaq istəyən  ödəniş xidməti olsun istər maliyyə xidmətlərini həyata keçirmək istəyən yenilikçi ideya startap xüsusi  tənzimləmə rejiminə gələ bilər.

Bunu "Fins.az"-a açıqlamasında Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib. 

O bildirib ki, həmin o Xüsusi Tənzimləmə rejiminə qoşulan startaplara Mərkəzi Bank  dəstək və xüsusi istiqamətlər verəcək.İnnovativ startap test mərhələsini uğurla keçdikdən sonra yekunda uğurlu olduğu halda Mərkəzi Bankın requlyativ yanaşma ilə yanaşı fintex bazarını dəstəkləyəcək funksiyasıdır.

Müəllif:Aynur Qəniyeva