Təmassız ödənişlərin həm həcmi həm sayı müvafiq olaraq 3.7-3.1 dəfə artıb.
"Fins.az" xəbər verir ki, bunu "Azərbaycanda fintex ekosistemi – bu gün və sabah” tədbirində çıxış edərkən Azərbaycan Mərkəzi Bankının direktoru Fərid Osmanov deyib.
Bildirib ki, ölkəmizin ödəniş ekosisteminə nəzər yetirmək istərdim.Ölkədə nağdsız bölgənin sahəsi genişlənir.Bu gün demək olar ki,hər bir şəxs ödəniş kartlarındanmobil tətbiqlərdən istifadə edir.Applepay ödəniş sistemi vasitəsilə ölkəmizdə istifadə edirik ciddi irəliləyişə nail olmuşuq.Bu kimi yenilikləri Mərkəzi Bank dəstəkləyir.
Fərid Osmanov yenilikləri də sadalayaraq statistik göstəriciləri açıqlayıb."Bu kimi yeniliklərin ölkəmizə gətirilməsi üçün normativ bazamız uyğunlaşdırılır. 1 sentyabr tarixinə ölkəmizdə 13 milyon ödəniş kartı var ki,bu da ötən dövrlə müqayisədə 22%artım deməkdir.Bu kartların 9milyonu təmassız kartlardır.Təmassız kartlar 55%-i təşkil edir.Bu o deməkdir ki təmassız ödənişlərin həm həcmi həm sayı müvafiq olaraq 3.7-3.1 dəfə artıb .
Mərkəzi Bank rəsmisi həyata keçirilən tədbirlərin nəticələrinə toxunaraq " Nəticədə ötən dövrlə müqayisədə kart ödənişlərinin təmassız dövriyyədə çəkisi 13,5 % bəndi artıb.Ümumi götürsək 41% nağsız dövriyyədə xüsusi çəkisi var.Bu sahədə ötən dövrlə müqayisədə böyük sıçrayış olub."-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva