Qanun qəbul edilməsi fintexlər üçün əlavə imkanlar yaradacaq və onlarn inkişafına ciddi təkan verərək bazarı formalaşdıracaq.
"Fins.az"xəbər verir ki, bunu Azərbaycan Fintex Assosiasiyasının rəhbəri Ruslan Talıbov "Fintex ekosistemi-bu gün və sabah" adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, rəqəmsallıq indeksinə görə dünyada 110 ölkə arasında 60-ci yerdə qərarlaşmışıq.Bu istiqamətdə gediləcək çox yolumuz var.Azərbaycan Fintex Assosiasiyası,Banklar Assosiasiyası və Azərbaycan Mərkəzi Bankı ilə birgə addımlar atılmaqdadır.Bu sahədə həyata keçirilən layihələrdə Mərkəzi Bankın rolunu xüsusi qeyd etmək istəyirəm.Mərkəzi Bank bu layihələrdə həm təşkilatçı həm də tənzimləyici rolunda iştirak edir.
Ruslan Talıbov buvsahəbin təkanverici amillərinə də aydınlıq gətirərək "Sahənin inkişaf etdirilməsi üçün gözlədiyimiz ən əlamətdar və əhəmiyyətli məsələlərdən biri "Ödəniş sistemləri haqqında qanun"-nun qəbul edilməsidir.Bu qanun qəbul edilməsi fintexlər üçün əlavə imkanlar yaradacaq və onlarn inkişafına ciddi təkan verərək bazarı formalaşdıracaq",-deyə əlavə edib.
Müəllif:Aynur Qəniyeva