Bazarda olan şirkətlərin təxminən 55,6 %-i Azərbaycanda artıq zərərlilik nöqtəsini keçmiş şirkətləridir.
"Fins.az" xəbər verir ki, bunu Azərbaycan Fintex Assosiasiyasının rəhbəri Ruslan Talıbov "Azərbaycan Fintex ekosistemi-bu gün və sabah" adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki,Azərbaycanda mövcud fintex şirkətlərinin 11%-i qurulma mərhələdədir, bunların 44%-i inkişaf etməkdədir.Təxminən 45 %-i inkişaf edib bazarda oturuşmuş şirkətlərdir.
Ruslan Talıbov həmçinin xarici fintexlərin Azərbaycanda fəaliyyətinə toxunaraq "Bazarımızdakı şirkətlərin təxminən 27-i yəni 1/5-i xarici şirkətlərdir yaxud xarici şirkətin Azərbaycandakı nümayəndəlikləridir .Qlobal innovasiyalar indeksinə nəzər yetirdikdə Azərbaycanın yeri 132 ölkə arasında 80-ci yerdədir."-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva