BANK

27 Sentyabr

Asiya İnkişaf Bankı 14 mld ABŞ dolları vəsait ayırmağı planlaşdırır

Asiya İnkişaf Bankı (ADB) Asiya-Sakit okeanı regionunda dərinləşən ərzaq böhranının təsirinin azaldılması, ərzaq sistemlərini gücləndirmək yolu ilə uzunmüddətli ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hərtərəfli dəstək proqramı çərçivəsində 2022-2025-ci illər ərzində azı 14 milyard ABŞ dolları maliyyə vəsaiti ayırmağı planlaşdırır.

Bank bu maliyyə yardımı ilə yoxsulluq və ərzaq qiymətinin yüksək olması səbəbindən, təxminən, 1,1 milyard insanın sağlam qidalanmadığı regiona dəstəyini genişləndirir.

Bu maliyyə vəsaiti kənd təsərrüfatı məhsulları, qida istehsalı və bölüşdürülməsi, sosial müdafiə, suvarma və su idarəetməsi, təbii həllərin istifadə olunduğu layihələr daxil olmaqla, sektorlardakı mövcud və yeni layihələr vasitəsilə yönəldiləcək.

Bundan başqa, ADB enerji keçidi, nəqliyyat, kənd təsərrüfatı maliyyələşməsinə çıxış, ətraf mühitin idarə olunması, səhiyyə və təhsil kimi ərzaq təhlükəsizliyinə töhfə verən digər fəaliyyət sahələrinə sərmayə qoymağa davam edəcək.

(C)report