2022-ci ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları tərəfindən 259,24 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 1,2% çoxdur.
"Fins.az" xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
AMB-nin məlumatına görə, 2022-ci ilin 8 ayı ərzində İKZF 221,13 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib (2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə artım 6,5%).
Yanvar-avqust aylarında Fond ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 71,3 milyon manat vəsait (artım 2 dəfə) alıb. Avqust ayında Fond dövlət büdcsindən vəsait cəlb etməyib.
Yanvar-avqust aylarında fond istiqrazların yerləşdirilməsindən 155 milyon manat (azalma 3,1%) cəlb edib. Avqustda Fond 25 milyon manat cəlb edib.
Bu dövrdə verilmiş ipoteka kreditinin orta həcmi 57,134 min manat təşkil edib. Kreditlər 282 ay müddətinə və illik 6,33% dərəcəsi ilə verilib.