Kredit reytinq agentliyi Fitch, Avro Bölgəsi və Böyük Britaniyanın son rübdə tənəzzülə girməsinin gözlənildiyini açıqladı və xəbərdarlıq etdi ki, daha yüksək faiz xərcləri və şirkətlər üçün iş şəraitinin pisləşməsi 2023-cü ildə və ondan sonrakı illərdə defolt dərəcələrini artıracaq.
"Fins.az" xəbər verir ki, kredit reytinq agentliyi Fitch tərəfindən edilən şərhdə, Avropa Mərkəzi Bankının (AMB) dekabr ayına qədər yenidən maliyyələşdirmə dərəcəsini 2 %-ə, İngiltərə Bankının (İB) isə 2023-cü ilin fevral ayına qədər siyasət faizini 3,25 %-ə qaldıracağı bildirilib.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) ilin sonuna qədər siyasət faizini 4%-ə yüksəltməsi və 2023-cü il ərzində bu səviyyədə saxlaması gözlənildiyi qeyd edilən açıqlamada, faiz xərclərinin artması və biznesin pisləşdiyi ifadə edilir. Yüksək inflyasiya qarşısında şərtlərin şirkətlər üçün problem yaradacağı və 2023 və sonrasında defolt nisbətlərinin yüksələcəyi xəbərdarlığını edib.