Çin Xalq Bankı (mərkəzi bank) çərşənbə axşamı milli valyuta Yuanı 424 bənd ucuzlaşdıraraq 1 dolları 7,0722 yuan səviyyəsində müəyyən edib.
"Fins.az" xəbər verir ki, bu barədə tənzimləyicinin saytında məlumat verilib.
Məlumata görə, bu, 30 iyun 2020-ci il tarixindən etibarən Çin valyutasının dollara nisbətdə minimum dəyəridir.
Mart ayından yuan dollar qarşısında zəifləməyə başlayıb.
2020-ci ildə, pandemiya zamanı məzənnə bir neçə ay aşağı düşmüş, həmin il mayın 29-da tənzimləyici yuanın dəyərini 2008-ci ilin fevralından bəri ən aşağı səviyyədə - bir dollar üçün 7,1316 yuan müəyyən etmişdi. Bundan sonra milli valyuta ABŞ dollarına nisbətən tədricən möhkəmlənməyə başlamış və 2021-ci ildə bir dollar üçün 6,35-6,57 yuan səviyyələrində olmuşdu.