BANK

27 Sentyabr

Azərbaycanda problemli kreditlər 27% azalıb

Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 659,7 milyon manat təşkil edib.

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycana Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə bu göstərici aylıq müqaisədə 1-i ilə müqayisədə 0,4% azdır.Vaxtı keçmiş kreditlərin məbləği ilin əvvəlinə nisbətən 8,3%, son 1 ildə isə 27% azdır.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,4% təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2%, ötən il avustun sonuna isə 5,8% olub.