31 avqust 2022-ci il tarixinə ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.5 dəfə artıb.
"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycana Mərkəzi Bankı məlumat yayımlayıb
Məlumat görə, 2022-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2235 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1708 mln. manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 524 mln. manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilmişdir. Avqust ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 45%-ni təşkil edib.
Müəllif:Aynur Qəniyeva