31 avqust 2022-ci il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 42,404.4 mln. manat, cəmi öhdəlikləri 37,137.9 mln. manat təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycana Mərkəzi Bankı məlumat yayımlayıb
Məlumata görə hesabat dövründə bankların balans kapitalı 5,266.5 mln. manat olub. 2022-ci ilin avqust ayında bankların cəmi aktivləri 2%, cəmi öhdəlikləri 1.9% və balans kapitalı müvafiq olaraq 2.5% artıb.
Müəllif: Aynur Qəniyeva