BANK

26 Sentyabr

Bankların əmanət portfelində 26 mln.manatdan çox artım

 2022-ci ilin sentyabrın 1-i vəziyyətinə görə, bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 0.3% (26.5 mln. manat) artaraq 10,632 mln. manat təşkil edib. 

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycana Mərkəzi Bankı məlumat yayımlayıb. 

Məlumata görə, əmanət portfelinin 55.3%-i (5,888 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,402 mln. manat olmaqla (ay ərzində artım 4.8% və ya 799.2 mln. manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (19,805.2 mln. manat) 87.9%-ni təşkil edib. 

Müəllif: Aynur Qəniyeva