2022-ci ilin avqust ayının 31-i tarixinə olan məlumata görə, bankların kredit portfeli avqust ayında 0.8% (151.2 mln. manat) artaraq 18,638.6 mln. manat olub.
"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi bankı məlumat yayımlayıb.
Məlumata görə, bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56.3% (10,492 mln. manat) təşkil edib. Ümumilikdə, cari ilin 8 ayında bankların kredit portfeli 11.9% və ya 1,979.5 mln. manat artıb.
Müəllif:Aynur Qəniyeva