BANK

22 Sentyabr

Sterlinqdə inflyasiya zərbəsi Brexit-i üstələyir

2022-ci ilin funta mənfi təsiri Böyük Britaniyanın Avropa İttifaqından çıxmağa səs verdiyi 2016-cı ili ötüb.
"Fins.az" xəbər verir ki, 2022-ci ildə artan inflyasiyanın bütün valyutalara tarixi təsirləri olub. Sterlinq, ölkə tarixindəki ən mühüm hadisələrdən biri olan Brexit səsverməsindən sonra ən sərt mənfi təsirləri də yaşayıb.

Son enişlə amortizasiya 17 faizə çatıb, Avropa İttifaqından ayrılarkən yaşanan 16 faizlik azalmanı üstələyib.

2022-ci ildə sterlinq dollar qarşısında 1985-ci ildən bəri ən aşağı səviyyəsini gördü və 2008-ci il maliyyə böhranında 26 faiz ucuzlaşmadan sonra ən kəskin daralma olub. 

Müəllif: Aynur Qəniyeva