Norveç Mərkəzi Bankı gözlənildiyi kimi siyasət faizini 50 baza bəndi artırıb. Bank sərtləşdirmə dövrünün başa çatmaq üzrə olduğunu bildirib.
"Fins.az" xəbər verir ki,Norveç Mərkəzi Bankı gözlənildiyi kimi siyasət faizini 2,25%-ə qaldırıb. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta qiyməti də 2,25 olub. Beləliklə, faiz dərəcəsi 2011-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb. Bank faiz dərəcələrinin noyabr ayında da arta biləcəyini bildirib.
"Pul-kredit siyasətində sərtləşdirmənin təsiri Norveç iqtisadiyyatına təsirini göstərməyə başlayıb. Bu onu göstərir ki, daha mərhələli yanaşma ola bilər", - deyə məlumatda bildirilir.
Sentyabr ayında faiz artımlarına başlayan Norveç sərtləşdirmə dövrünə başlayan ilk inkişaf etmiş ölkələrdən biri olub.
Bu gün İsveçrə Milli Bankı siyasət faizini mənfi 0,25 faizdən 0,50 faizə yüksəltməklə uzun müddətdir davam edən mənfi faiz dərəcəsi dövrünü bağlayıb.