Filippin və İndoneziya mərkəzi bankları uçot dərəcəsini artırmaq qərarına gəliblər.
Fed-in aqressiv artımı və gələcək üçün şahin rəhbərliyindən sonra Filippin və İndoneziyanın mərkəzi bankları da sərtləşdirmə addımı atıblar.
"Fins.az" xəbər verir ki, İndoneziya Mərkəzi Bankı siyasət faizini, 7 günlük tərs repo dərəcəsini 50 bənd artıraraq 4,25%-ə çatdırıb. Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri faiz dərəcəsini 4%-ə qaldırmaqla bağlı idi.
Filippin Mərkəzi Bankı isə gözləntilərə uyğun olaraq faiz dərəcəsini 50 bənd artıraraq 4,25%-ə çatdırıb.