BANK

22 Sentyabr

Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə daxil edilmiş bildirişlərin sayı 100,000-i keçib

Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (Reyestr) Kiçik və Orta Sahibkarlıq (KOS) subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb.

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bu barədə məlumat yayımlayıb.

Məlumata görə,reyestrdən istifadənin faydalarından biri, onun maliyyə qurumlarını KOS subyektlərinin daşınar aktivləri barədə mərkəzləşdirilmiş şəffaf məlumatlarla təmin etməsidir ki, bununla da, banklar təminat predmeti kimi təqdim edilmiş əmlakın başqa bir yerdə yüklü olub-olmadığı haqda məlumat əldə edir.

Banklara təkrar satış bazarı olan daha yaxşı təminat predmetlərini seçmək imkanı verməsi isə reyestrin digər faydalarındandır. Reyestr həmçinin banklara iflas vəziyyətində olan sahibkarlıq subyektinin qoyduğu təminat predmetini daha asanlıqla satmaq imkanı yaradır.