BANK

22 Sentyabr

Yenin ucuzlaşmasına baxmayaraq, Yaponiya faiz dərəcəsini dəyişmədi

BOJ faiz dərəcələrini son dərəcə aşağı səviyyədə saxladı, yenin ucuzlaşmasına baxmayaraq sərtləşdirmədi
Həddindən artıq aşağı siyasət dərəcəsini və sərbəst pul siyasətini qoruyan Yaponiya Bankı (BOJ), digər mərkəzi bankların inflyasiya ilə mübarizədə pul siyasətini sərtləşdirməyə davam etməsinə baxmayaraq, bazarlara bu tendensiyanın əks istiqamətdə addımlar atmağa davam edəcəyinin siqnalını verib. 

Fed-in üçüncü dəfə siyasət faizini 75 faiz  bənd artırmasının ardından pul siyasəti qərarını açıqlayan BOJ, gözləntilərə uyğun olaraq yekdilliklə qısa müddətli faiz hədəfini mənfi 0,1 faiz olaraq təyin etdi; 10 illik dövlət istiqrazlarının gəlirliliyi hədəfini 0 faiz səviyyəsində saxlayıb.

BOJ tərəfindən dərc edilən qərar mətnində istifadə olunan gələcəyə hesablanmış istiqamət bəyanatları dəyişməz olaraq qalır və BOJ qısa və uzunmüddətli siyasət dərəcələrinin cari və ya daha aşağı səviyyədə qalmasını gözləyir.

Məzənnə qərarından sonra yen dollara nisbətdə 145,405-ə düşüb və son 24 ilin minimumunu qeydə alıb.