Sektorda bankların 35%-i borclanmanın dəyişmədiyini, 62%-i borclanma səviyyəsinin orta dərəcədə artmasını bildirib.
"Fins.az" xəbər verir ki, bu barədə Mərkəzi Bankın Kreditləşmə fəaliyyətinə dair 2-ci rüb sorğusunun nəticələrində məlumat verilir.
Bildilir ki, əhalinin maliyyə vəziyyətinin dəyərləndirilməsi məqsədilə əhalinin borclanma səviyyəsinin cari ilin ikinci rübündə dəyişiklikləri də sorğulanmışdır. Sektorda bankların 35%-i borclanmanın dəyişmədiyini, 62%-i borclanma səviyyəsinin orta dərəcədə artmasını, 4%-i isə orta dərəcədə azalmasını bildirmişdir.