BANK

21 Sentyabr

Bu sahibkarlara verilən kreditlərin şərtləri faiz dərəcəsi üzrə YUMŞALIB

İri sahibkarlıq və mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin şərtlərində, bu ilin I rübü ilə müqayisədə, əsasən yumşalma baş vermişdir.

"Fins.az" xəbər verir ki, bu, Mərkəzi Bankın Kreditləşmə fəaliyyətinə dair 2-ci rüb sorğusunun nəticələrində bildirilir.

Məlumata görə,yumşalma əsasən faiz dərəcəsi və aşağı riskli kreditlərə tətbiq edilən marja üzrə olmuşdur. Yüksək riskli kreditlərə tətbiq olunan marja üzrə kredit şərtlərində dəyişiklik olmamışdır. Mikro sahibkarlıq kreditləri portfelində həmçinin maksimal məbləğ üzrə də dəyişiklik olmamışdır. Banklar II rübdə milli valyutada uzunmüddətli və qısamüddətli kreditlərə tələbin artmasını, və xarici valyutada kreditlərə tələbin sabit qalmasını bildirmişdir (I rübdə xarici valyutada kreditlərə tələb azalmışdı). III rüb üzrə gözləntilərdə sektor milli valyutada həm uzun, həm də qısamüddətli kreditlərə tələbin artacağını, xarici valyutada kreditlərə isə tələbin azalacağını bildirmişdir.