BANK

21 phrase_var_core.september

Banklar: Milli valyutada uzunmüddətli və qısamüddətli kreditlərə tələb artıb

Banklar II rübdə milli valyutada uzunmüddətli və qısamüddətli kreditlərə tələbin artmasını, və xarici valyutada kreditlərə tələbin sabit qalmasını bildirmişdir (I rübdə xarici valyutada kreditlərə tələb azalmışdı).

"Fins.az" xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki,III rüb üzrə gözləntilərdə sektor milli valyutada həm uzun, həm də qısamüddətli kreditlərə tələbin artacağını, xarici valyutada kreditlərə isə tələbin azalacağını bildirib.