Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Madis Müller faiz dərəcələrinin Avrozona iqtisadiyyatını yavaşlatmaqdan uzaq olduğunu bildirib.
"Fins.az" xəbər verir ki, Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü və eyni zamanda Estoniya Mərkəzi Bankının sədri Madis Müller faiz dərəcələrinin Avrozona iqtisadiyyatını ləngidə biləcək səviyyədən xeyli aşağı olduğunu bildirib.
Müller, iyul ayında 50 baza bəndi və sentyabrda 75 bənd artımından sonra borclanma xərclərinin hələ də tarixən aşağı olduğunu söylədi. ECB-nin şahin üzvlərindən Müller, inflyasiyanın yavaşlamağa başlamasının uzun müddət çəkə biləcəyini ifadə etdi.
ECB səkkiz il ərzində sıfırın altında olan depozit faizini 0,75 faizə yüksəldib.