Gürcüstan Daxili İşlər Nazirliyi “Gürcüstan Bankı”nda 12 nəfərin girov götürüldüyünü açıqlayıb.
“Hüquq-mühafizə orqanları onların sürətli və təhlükəsiz azad edilməsi üçün bütün lazımi tədbirləri görürlər”, - məlumatda deyilir.
Soyğuncu üç saat ərzində ona 2 milyon dolların verilməsini istəyir. İlkin ehtimala görə, cinayətkar bank filialında partlayıcı qurğu quraşdırıb.