BANK

20 Sentyabr

İsveçdə gözləniləndən daha sərt faiz artımı

İsveç Mərkəzi Bankı siyasət faizini 1 bənd artıraraq 1,75 %-ə çatdıraraq bazar gözləntilərindən daha aqressiv sərtləşdirmə addımı atıb.
"Fins.az" xəbər verir ki, İsveç Mərkəzi Bankı gözləntilərin üzərində sərtləşmə hərəkəti edərkən, sərtləşdirmənin növbəti 6 ayda da davam edəcəyinə işarə edib. 

İsveç Mərkəzi Bankı siyasət faizini 1 faiz bəndi artıraraq 1,75 %-ə çatdırıb.

Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri faiz dərəcəsinin 1,50 %-ə qaldırılacağı idi.

Son faiz artımı ilə ölkədə siyasət faizi son 11 ilin ən yüksək səviyyəsinə yüksəlib. Ötən dövrdə ölkədə inflyasiya göstəricilərində pik səviyyələr müşahidə olunub.

Son məlumatlara görə, ölkədə illik inflyasiya 9,8 faizə çatıb ki, bu da 1991-ci ildən bəri ən yüksək səviyyədir.