BANK

20 Sentyabr

Çin Xalq Bankı kredit faiz dərəcəsi ilə bağlı qərar verib

Bazarlardakı gözləntilərə uyğun olaraq Çin Xalq Bankı kredit faiz dərəcəsini dəyişməyib.

"Fins.az"  xəbər verir ki,yuanın ABŞ dolları qarşısında sürətlə ucuzlaşmasına və dünya üzrə mərkəzi bankların əksəriyyətinin faiz artımına üz tutmasına baxmayaraq, Çin Xalq Bankı sentyabr siyasətində 1 illik əsas kredit faiz dərəcəsini (LPR) 3,65% səviyyəsində saxlayıb. 

5 illik əsas kredit faiz dərəcəsinidə 4,30% səviyyəsində saxlanılıb.Çin Mərkəzi Bankı da keçən həftə orta müddətli siyasət faizini dəyişməyib.

Müəllif: Aynur Qəniyeva