BANK

20 Sentyabr

“Denizbank” Rusiyanın “Mir” ödəniş sistemi ilə tranzaksiyaları dayandırıb

İş Bankından sonra Denizbank Rusiyanın Mir ödəniş sistemində xidmətlərini dayandırdığını açıqlayıb.

"Fins.az" xəbər verir ki, ABŞ-ın diqqətini Rusiyanın Mir adlı yerli ödəmə sisteminə daxil olan türk banklarına yönəltdikdən sonra Denizbank hazırda Mir-də xidmət göstərə bilmədiklərini açıqlayıb.

Bazar ertəsi İş Bankı, "Açıqlamalarını gördük, onları qiymətləndiririk. Bu prosesdə Mir-lə tranzaksiyaları dayandırdıq"-deyə bildirərək açıqlama verib.

Ötən həftə mətbuatda ABŞ və Avropa İttifaqının (Aİ) fevralın 24-də Ukraynaya müdaxiləsi ilə bağlı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı Türkiyəyə təzyiqləri artırmağa hazırlaşdıqları bildirilmişdi.

İş Bankından sonra Denizbank da "Hazırda xidmət göstərə bilmirik" açıqlamasını verdi.

Türkiyənin ən böyük banklarından olan Vakıfbank, Ziraat Bank, İş Bankı, Denizbank və Halkbank Mir sisteminə daxil olan banklar arasında idi.

Mir, Rusiya Mərkəzi Bankı tərəfindən Visa və Mastercard-a alternativ olaraq hazırlanıb.