BANK

19 Sentyabr

Amerika bankı JPMorgan fintech-startup olan Renovite-i satın alır

Bank bu satınalma ilə online ödəniş bazarında Stripe və Block şirkətləri ilə rəqabət edəcək.

"Fins.az" xəbər verir ki, Renovite 140 əməkdaşı olan bulud texnologiyasından istifadə edərək geniş spektrda online xidmətlər təklif edən şirkətdir.

Məlumata görə, JP Morgan bu il bulud texnologiyaları, süni intellekt, rəqəmsal xidmətlər kimi sahələrə $12 milyard xərcləyəcəyini açıqlayıb.