Bu ilin yanvar-avqust aylarında ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,3% artaraq 5641,3 mln. manat olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 4282,9 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9%-ni təşkil edib.
Cari ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 560,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 89,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.