BANK

16 Sentyabr

AMB: Banklararası bazardakı vəziyyətdən asılı olaraq not və REPO hərraclarının keçirilməsinə baxıla bilər

Fiskal əməliyyatların monetar şəraitə təsiri və banklararası bazardakı vəziyyətdən asılı olaraq ilin qalan dövründə əlavə sterilizasiya məqsədilə müxtəlif müddətlər üzrə not və REPO hərraclarının keçirilməsinə baxıla bilər.

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə, monetar alətlərin yeni konfiqurasiyada tətbiqi, eləcə də alternativ əməliyyat platformasının təklif olunması banklararası kredit bazarına da müsbət təsir etməkdədir. Sentyabr ayının ötən dövründə “Blumberq” ticarət sistemində ümumilikdə 101 mln. manat məbləğində 12 əqd bağlanıb.

Müəllif: Aynur Qəniyeva