BANK

16 Sentyabr

Mərkəzi Bank ilin sonuna pul təklifinin artım proqnozunu niyə azaldıb?-SƏBƏB AÇIQLANIB

Yeni çeşiddə sterilizasiya əməliyyatlarının işə düşməsi ilə əlaqədar olaraq ilin sonuna pul təklifinin artım proqnozu azaldılıb. 

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə,fiskal əməliyyatların monetar şəraitə təsiri və banklararası bazardakı vəziyyətdən asılı olaraq ilin qalan dövründə əlavə sterilizasiya məqsədilə müxtəlif müddətlər üzrə not və REPO hərraclarının keçirilməsinə baxıla bilər.

Mərkəzi Bankın məlumatında eyni zamanda "Monetar alətlərin yeni konfiqurasiyada tətbiqi, eləcə də alternativ əməliyyat platformasının təklif olunması banklararası kredit bazarına da müsbət təsir etməkdədir. Sentyabr ayının ötən dövründə “Blumberq” ticarət sistemində ümumilikdə 101 mln. manat məbləğində 12 əqd bağlanıb."-deyə əlavə edilib. 

Müəllif: Aynur Qəniyeva