2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $3 milyard 220,592 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $2 milyard 635,666 milyon təşkil edib
"Fins.az" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir
Məlumata görə, 2022-ci ilin birinci yarısı ərzində birbaşa xarici investisiyaların həcmi 22,2% artıb.
2022-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $1 milyard 814,146 milyon, ikinci rübdə - $1 milyard 406,446 milyon təşkil edib.
2022-ci ilin 6 ayı üzrə tədiyə balansına əsasən, birbaşa xarici investisiyaların 65,9%-i (2021-ci ildə 82,8%-i) neft-qaz sektorunun payına düşüb.
Müəllif: Aynur Qəniyeva